Bakıda taksi dəmir arakəsməyə çırpıldı

Bu gün günorta saatlarında Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, taksi kimi fəaliyyət göstərən “Hyundai” markalı avtomobilin sürücü idarəetməni itirərək, yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobilə ciddi zərər dəyib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir