“Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” layihəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İB-nin may ayının 10-dan “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” layihəsinin icrasına başlamışdır. Layihənin icrası Sumqayıt şəhərini və ona yaxın 12 şəhər və rayonu əhatə edir.

Simurq.info xəbər verir ki,layihənin əsas məqsədi insan alveri, məcburi əmək ilə mübarizə sahəsində dövlət orqanları tərəfindən həyata keçirlən tədbirlərə dəstəyin verilməsindən ibarətdir. Bu məqsədə nail olmaq üçün layihə çərçivəsində Təşkilatın ofisində və rayonlarda məcburi əmək, insan alveri mövzularında dəirmi masalar, içtimai müzakirələrin keçirilməsi, ehtiyacı olan şəxslərə hüquqi və psixoloji yardımların göstərilməsi, maarifləndirmə kompaniyasının təşkil edilməsi nəzərdə tutulub.

Layihənin məqsədi və vəzifələri barədə vətəndaşları məlumatlandırmaq üçün may ayında layihənin təqdimat mərasimi keçirilmişdir. Layihə çərçivəsində göstərilən xidmətlər barəsində bukletlər çap olunaraq əhali arasında paylanmışdır. Mərkəzdə vətəndaşlara müxtəlif yardımlar göstərilir. Həmin yardımlar çərçivəsində layihə başlanan gündən bəri 75 nəfərə hüquqi, 11 nəfərə psixoloji yardım göstərilmişdir.
Layihə çərçivəsində iyul ayının 3-də “Dünya TV” telekanalında “Məcburi əmək nədir və onunla mübarizə yolları” və 23 iyul tarixində “Məcburi əməyin qurbanı olmayaq” mövzusunda TV verliş efirə verilmişdir. Verlişlər 2 saat olmaqla canlı yayımlanmışdır. Verlişlərdə ekspert qisminə insan alveri ilə mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq ekspert Nəzakət Balabəyova və hüquqşunas Ruslan Mustafazadə çıxış etmişlər.
Layihədə nəzərdə tutulmuş tədbirlərin biri 06.07.2019 tarixində Şamaxı rayonunun qədim kəndlərindən biri olan Dəmirçi kəndində keçirilmişdir. Tədbirin məqsədi rayon sakinlərini məcburi əmək, insan alveri, əmək müqaviləsnin vacibliyi mövzularında maarifləndirmək, bu sahədə onları maraqlandıran və onların yaşadıqları problemlər ilə tanış olmaq idi.

Layihə çərçivəsində daha bir neçə tədbirin keçirilməsi və TV verlişlərin hazırlanması nəzərdə tutulub. Hər bir keçiriləcək tədbir barədə öncədən sosial-şəbəkələrdə məlumat verilir.

Gender ayrı-seçkilyinin, zorakılığın qurbanı olmuş şəxslərin, onların yaxınlarının, insan alverinin qurbanı olmuş və ola biləcəyi riski ilə bağlı təşkilata müraciət etmiş bütün şəxslərə hüquqi,psixoloji,sosial,tibbi yardımlar göstərilir.
• Layihə çərçivəsində Mərkəzin ofisində müraciət edən hər bir şəxs üçün fərdi psioxoloji konsultasiyalar, hüquqi, sosial, tibbi yardımlar təşkil olunmuşdur. Mərkəzin ofisində 6 gün 8 saat xidmət göstərən “Etimad” telefonu fəaliyyət göstərir. Zəng edənlərin hər birinnə ilkin psixoloji,hüquqi yardımlar göstərilir.
Bu zaman ərzində Təşkilata müraciət etmiş 38 nəfərə hüquqi yardım, 42 nəfərə psixoloji, 21 nəfərə sosial, 5 nəfərə tibbi yardımlar göstərilib. Etimad telefonu vasitəsilə 30 nəfərə ilkin psixoloji və hüquqi yardımlar göstərilmişdir.
• 20.05.2017 tarixdə “Layihənin təqdimat mərasimi” keçirilib. Layihənin təqdimatında hüquqşunaslar,psixoloqlar, QHT nümayəndələri, KİV nümayəndələri olmaqla 18 nəfər iştirak etmişdir.

Tədbir iştirakçıları layihə çərçivəsində nəzərdə tutulmuş xidmətlər, layihə benefisiarlarının kimlər olacağı, layihənin əhatə edəcəyi çoğrafi zonalar, layihə çərçivəsində nəzərdə tutulmuş tədbirlər haqqında məlumat əldə etmişlər.
• Layihə çərçivəsində benefesiarlar üçün nəzərdə tutulan xidmətlər barədə daim olaraq yerli telekanalda,sosial şəbəkələrdə elanlar verilir. Bukletlər çap olunaraq əhali arasında paylanılır.

• 24.06.2017 tarixində təşkilatın Sumqayıt şəhərində yerləşən ofisində “ İnsan alveri qurbanlarına psixoloji dəstək, etik davranış” mövzusunda təlim keçirilmişdir. 4 saat davam edən təlimdə 31 nəfər olmaqla psixoloqlar və QHT nümayəndələri iştirak etmişlər. Təlimdə ekspert qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İnsan alverinə qarşı mübarizə Mərkəznin rəhbəri Nəzakət Balabəyova çıxış etmişdir.

• Təşkilatın ofisində insan alverinə aid qanunvericilik bazası ,ölkədə və regionda insan alveri sahəsində vəziyyəti barədə məlumatlar bazası hər ay yenilənərək maraqlanan hər bir şəxsin ixtiyarına verilmişdir.

• Təşkilat tərəfindən layihəyə cəlb edilmiş könüllülərin dəstəyi ilə regionlarda insan alveri sahəsində mövcud vəziyyətin öyrənilməsi ilə bağlı sorğular təşkil edilir. Sorğular regionlarda yaşayan əhali və regionlarda fəaliyyət göstərən İçtiami Təşkilatlar arasında aparılır.
• Layihə dövründə əhalinin müxtəlif qrupları arasında 4 sorğu keçirilməsi nəzərdə tutulmuşdur. Bu sorğular insan alverinin, xüsusi ilə də qadın alverinin mövcudluğuna şərait yaradan hüquqi, sosial və iqtisadi amillərin öyrənilməsinə, bu amillərin aradan qaldırılması yollarının müəyyən edilməsinə yönəlmişdir. Sorğular regionlarda yaşayan əhali və regionlarda fəaliyyət göstərən İçtiami Təşkilatlar arasında aparılır.
Layihə müddətində gələcək aylarda da bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. Keçiriləcək tədbirlər barədə KİV-də, sosial şəbəkələrdə elanlar veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir