Qarabağ müharibəsi əlilləri və veteranları üçün Masallı rayonuna eko-tur təşkil olunacaq

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” adlı Layihənin rəhbəri Növrəstə Yusifova məlumat verərək bildirdi ki, fəaliyyət planının II icra mərhələsinə uyğun olaraq Birliyin üzvləri olan müharibə iştirakçıları, əlil-veteranlar və onların ailə üzvləri ilə layihə çərçivəsində ğörüş keçirıldı və II turda gedən qrupun üzvləri təyin olundu.
II tur Masallı rayonun İstirahət Mərkəzlərinin birində 12 nəfərdən ibarət (4 nəfər işçi qrupu daxil) birgə 27 – 28 iyul 2019 – cu il tarixinə (iki gün və bir gecə olmaqla) müəyyənləşdirildi.
Layihə çərçivəsində keçirilən turun əsas məqsədi, müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində istirahətlərinin, asudə vaxtlarının səmərəli təşkili, şəhərdən kənar, Azərbaycan Respublıkasının regionlarında ekoloji təmiz olan təbiət qoynunda gəzintilərin təşkili, mədəni abidələr və məkanın digər mənzərəli yerlərlə də tanış olacayıq. Tur zamanı iştirakçıların səhhətində yarana biləcək hər hansı bir problemin qarşısının almaq məqsədilə tibb işçisi də onları müşayət edəcək.
Təşkil olunan və keçiriləcək tur zamanı layihənin xərclər smetasında təsdiq olunmuş maliyəyə əsasən icarəyə götürülmüş sifarişli nəqliyyat təyin olunub və sürücü ilə müqavilə bağlanıb.
Tur iştirakçıları üçün təyin olunmuş avtobusla iki gün ərzində, bir gecə oteldə qalmaqla, hər bir gün üçün üç dəfə yemək, çay, su veriləcəkdir.


“Qarabağ Əlilləri və Veteranları”
İctimai Birliyinin Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir