Krım körpüsünü uçurtmaq… – Zaxarovadan cavab

Onun bu açıqlaması mənimsədiyi Avropa mədəniyyətinə ziddir.

Simurq.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq katibi Aleksandr Turçinovun Krım körpüsünü uçurtmaqla bağlı açıqlamasını şərh edərkən bildirib.

“Dəqiq və qəti şəkildə qonşumuz Ukrayna ilə hərəkət etmək istədiyi istiqamətdə söhbət etməyin vaxtı gəlib çatdı. Bizə Qərb, Avropa dəyərləri və buna bənzər şeylərdən bəhs edilmişdi. Avropa İttifaqı, ATƏT və Avropa Şurası çərçivəsində bu cür açıqlamaları normal qarşılayacaq bir müqavilə və ya bir qanuni əsas mövcud deyil”, – Zaxarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir