Məhəmməd Zərif: ABŞ odla oynayır

İran özünün nüvə proqramı haqda qərarını bir neçə saat ərzində dəyişə bilər.

Simurq.info bildirir ki, Bunu ölkənin xarici işlər naziri Məhəmməd Zərif Amerikanın NBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, nüvə sazişindən çıxmaqla ABŞ odla oynamağa başlayıb.

O əlavə edib ki, Tramp təzyiq altındadır, lakin ətrafdakıların onun qərarlarına təsir etmək cəhdləri uğurla nəticələnməyəcək.

“Düşünmürəm ki, prezident Tramp müharibə istəmir, lakin əminəm ki, onun ətrafı buna etiraz etməzdi”, – deyə, Zərif bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir