Uimbldon turnirinin qalibi kortun otunu yeyib

Uimbldon turnirinin qalibi Novak Cokoviç kortun otunu yeyib.

Simurq.info buldirir ki, Bu haqda turnirin rəsmi Twitter səhifəsi məlumat yayıb.

5-saatlıq qarşılaşma bitdikdən sonra serb tennisçi kotrdan bir neçə ot qıraraq onları hamının gözü önündə yeyib. Qeyd etmək lazımdır ki, Cokoviç vegetariandır.

Londonda təşkil olunmuş həlledici qarşılaşmada Cokoviç isveçrəli Roje Federeri 5partiyada məğlub edib – 7:6, 1:6, 7:6, 4:6, 13:12.

Bununla da Cokoviç ötən il qazandığı titulu qoruyub. Bu onun aktivində 5-ci “Uimbldon” zəfəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir