Xolesterinlə “Günəş vitamini” arasında əlaqə varmı?

Simurq.info bildirir ki, Amerika Xəstəliklərin İdarə Edilməsi və Müalicə Mərkəzinin məlumatına görə, ABŞ əhalisinin təxminən üçdə biri hiperxolesterinemiya xəstəliyindən əziyyət çəkir. Onlardan yalnız yarısı “pis” xolesterin və ya aşağı sıxlıqlı lipoproteinlərin (LDL) miqdarını azaltmaq üçün lazımi müalicə alır.

İnsan orqanizmi daxili orqanlarının fəaliyyətinə zərər vermədən daima xolesterin sintez edir. Xolesterin bədənin sağlam funksiyasına dəstək verməsi ilə yanaşı, LDL adlanan xolesterin, qan-damar funksiyasının pozulmasına və ürək çatışmazlığı inkişafı riskini artırır.

Lakin yüksək xolesterin səviyyəsini aşağı salmaq, günəşlənərək bədənin D vitamini ehtiyacını qarşılamaq qədər asan deyil. Günəş vitamini adlandırılan D vitamini və xolesterin arasında əlaqə varmı?

Günəş vitamini nədir?

D vitamininin əsas funksiyası bədənimizdə kalsiumun mübadiləsini tənzimləməkdir. D vitamini müxtəlif mənbələrdən əldə edilə bilər: ərzaqla, günəş və dərman şəklində, lakin unutmamalıyıq ki, SPF səkkiz və ya daha yüksək faktorlu günəşdən qoruyucu kremlər, dəridə D vitamini sintezinə mane olur.

D vitamini aşağıda sadalanan müxtəlif funksiyaların yerinə yetirilməsinə dəstək verir:

• sümükləri gücləndirir
• kariyesə qarşı qoruyur
• ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır
• ağciyər və tənəffüs funksiyasını gücləndirir
•əzələ funksiyasını yaxşılaşdırır
• immun sistemini gücləndirir
• xərçəngdən qoruyur

D vitamini çatışmazlığı uşaqlarda raxit, yetişkinlərdə isə sümüklərin qırılmasına səbəb ola bilər. Bəzi tədqiqatlar D vitamini çatışmazlığını böyrək xəstəliyi, depressiya, autizm, yüksək təzyiq, xərçəng, tip 2 diabet, sədəf, astma və bir çox otoimmün xəstəlik və yüksək xolesterin ilə əlaqələndirib.

Xolesterin nədir?

Xolesterin bədənin lazımi maddələrindən biri olmasına baxmayaraq, bəzi formalarının artması orqanizmin normal fəaliyyəti üçün zərərlidir. Yüksək sıxlıqlı lipoprotein (HDL) və aşağı sıxlıqlı lipoprotein (LDL) olan iki əsas xolesterin növü vardır.

“Faydalı” xolesterin adlandırılan HDL-nin səviyyəsi 60 miligram/dl-dən yuxarı olmalıdır.

“Zərərli” xolesterin adlandırılan LDL’nın, səviyyəsi 100 miligram/dl-dən aşağı olmazsa, damar tıxanmaları, ürək-damar xəstəlikləri və beyin qansızmaları riskini artıran səbəb olar.

Vitamin D xolesterini azaldırmı?

Xolesterin ilə D vitamini arasında əlaqə müzakirə edildiyində ziddiyyətli nəticələr əldə edildi. Bəzi məlumatlar D vitamini aşağı səviyyədə olan insanlarda yüksək xolesterin səviyyəsinin təyin edildiyini dəstəkləyirdi.

2012-ci ildə aparılan bir araşdırma qısa müddət ərzində D vitamini qəbulu ümumi xolesterin səviyyəsinə təsir göstərmədiyini müəyənləşdirdisə də, tədqiqatçılar D vitamininin qəbulunun LDL-nin artması ilə əlaqələndirdi.

Lakin 2014-cü ilin tədqiqatları göstərir ki, artıqçəkili və ya menopauza sonrası obez qadınlarda, kalsium və D vitamini birlikdə qəbul ediləndə xolesterin səviyyələri tənzimlənir.

Amerikanın Səhiyyə Milli İnstitutu araşdırmalarının nəticəsini dərc etdi: D vitamini qəbulu və xolesterin səviyyələri arasında hər hansı bir əlaqəni müəyyənləşdirmək üçün kifayət qədər məlumat yoxdur.

D vitamini formaları

Mayo Klinikasının araşdırmalarına görə, gündə 1000 mikroqrama qədər dozada D vitamini təhlükəsizdir. D vitamininin iki bioloji aktiv forması var – D2 və D3-dür. Bu formaların çox oxşar tərkibi və təsiri var. D vitamini multivitaminlərin tərkibinə daxil olsa da, saf D vitamini kapsul və damcı şəklində istehsal edilir.

Qida

Təbii D vitamini mənbələri olan bəzi qidalar: somon, tuna və skumbriyadır. D vitamininin minimal miqdarı süd məhsulları və yumurta sarısında var, bu məqsədlə süd və taxıllı qidalar sintetik D vitamini ilə zənginləşdirilir.

Günəş

İnsan orqanizminin dəri təbəqəsi günəşdə D vitamini sintez edir. Tədqiqatçılar həftədə üç dəfə 30-50 dəqiqə ərzində günəşdə gəzməklə ideal D vitamini tarazlığını təmin edə biləcəyinizi vurğulayıb. Dəriyə SPF 8 və daha yüksək faktorlu günəş kremi sürtməyiniz D vitamini sintezinə maneə olur, lakin günəşdən qorunmadan uzunmüddətli günəş şüalarına məruz qalmaq dəri xərçənginə səbəb ola bilər.

D vitamini sintezini təmin etmək məqsədilə gəzintidən bir saat sonra günəşdən qorunmaq üçün krem sürtməniz kifayətdir, bu, həm D vitamininin sintezini təmin edir, həm də dərinizi günəş yanığından qoruyur.

Əks təsirlər

D vitamininin əks təsirləri nadir hallarda olur.

D vitamininin yüksək dozada qəbulu hiperkalsemiya (qanda artan kalsium) ilə nəticələnə bilər. Qəbizlik, böyrək daşları və mədə sancıları hiperkalsemiya əlamətləri ola bilər. D vitamini qəbul edəndə həkimin tövsiyə etdiyi dozaya riayət edin.

Hiperxolesterinemiya müalicəsində, xolesterin səviyyəsini azaldan “Xolestiramin” adlı dərman preparatı qəbul ediləndə, D vitamininin absorbsiyası azalır, belə ki, dietanızda D vitamini əlavələri haqqında həkiminizdən məsləhət alın.

D vitamini qan şəkəri səviyyəsinə də təsir edə bilər, diabetli və ya hipoqlikemiyası olan insanlar bu vitamini qəbul edərkən diqqətli olmalıdırlar.

Unutmayın, D vitamini sağlamlığınızı qoruyarkən çox əhəmiyyətli bir rol oynadığından, vitamin səviyyəsini normal səviyyədə saxlamaq üçün mütəmadi günəşlənərək, D vitamini ilə zəngin qidalar və ya dərman preparatı qəbul edərək tənzimləyə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir