40 yaşlı kişi özünü ülgüclə yaraladı

Yasamal rayonunda 40 yaşlı kişi kəsici alətlə özünə xəsarət yetirib.

Simurq.info xəbər verir ki, 1979-cu il təvəllüdlü Şıxəliyev Şirəli Gülabbas oğlu yaşadığı evin həyətində özünü iti alətlə yaralayıb.

O, ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və təcili olaraq cərrahi əməliyyat edilib.

Xəstəxananın növbətçi cərrahı Bəhram Zeynalovun sözlərinə görə, Ş.Şıxəliyev ülgüclə qarnına xəsarət yetirib.

Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir