Şuranın dəstəyi ilə Dəmirçilər kəndində seminar təşkil olundu

Simurq.info xəbər verir ki, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihənin icrasını həyata keçirdir.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi 2003-cü ildə təsis edilmiş və 2005-ci ildə dövlət qeydiyyatından keçmişdir. Təşkilatın əsas missiyası qadın və uşaqların hüquqlarının müdafiəsini həyata keçirtmək, ailələrin inkişaflarına dəstək verməkdən ibarətdir. Təşkilat bu missiyasına uyğun olaraq onlarla layihə və proqramlar icra etmişdir. Təşkilat artıq 10 ilə yaxın müddətdir ki, insan alverinə qarşı mübarizə sahəsində layihələri icra edir. 2019-cu ildə icra edilən “Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” adlı layihə də insan alverinin qarşısının alınması sahəsinə aid tədbirlərin bir hissəsidir. Belə ki, beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmaların nəticəsində məlum olmuşdur ki, insan alverinin qurbanı kimi məcburi əməyə və əməyin istismarına cəlb edilən şəxslərin sayı insan alverinin digər formalarda qurbanı olmuş şəxslərin sayından daha çoxdur. Təşkilat bu araşdırmaların nəticələrinə uyğun olaraq bu il məhz məcburi əməyin və əməyin istismarının qarşısının alınması sahəsində tədbirlərin təşkilinə üstünlük vermişdir.

İcra edilən Məcburi əməyin qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin icrası” layihəsi çərçivəsində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulmuşdur. Bu tədbirlər benefesiarlara (layihədən faydalananlara) və onların ailə üzvlərinə pulsuz hüquqi və psixoloji xidmətin təşkili, maarifləndirici və sair tədbirlərin təşkilindən ibarətdir. Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi ofisdə yaradılmış xidmət mərkəzinə müraciət edənlərin statistikası, uğur hekayələrinə dair məlumatları mütəmadi olaraq ictimayyətlə bölüşür.

Layihə çərçivəsində maarifləndirmə kompaniyasının bir hissəsi olaraq 06.07.2019-cu il tarixində Şamaxı rayonun ən qədim kəndlərindən olan Dəmirçi kəndində yerli əhali ilə görüş keçirilmişdir. Görüş seminar xarakterli olmuş və layihənin istiqamətinə uyğun olaraq məcburi əməyin qadağan edilməsi sahəsinə aid olmuşdur.

Dəmirçi kəndində təşkil edilən seminarda yaxın kəndlərin yerli əhalisi, kənd bələdiyyələrinin üzvləri iştrak etmişdirlər. Tədbiri çıxış sözü ilə açan Təşkilatın və icra edilən layihənin rəhbəri Zenfira xanım Mustafayeva Təşkilat barədə, layihəni maliyyələşdirən Donor Təşkilat barədə və ümumilikdə layihə barədə ətraflı məlumat vermişdir. Seminarda layihəyə cəlb edilmiş Nəzakət xanım Balabəyova moderatorluq (aparıcı) etmiş və layihənin mövzusuna uyğun məlumatları iştrakçıların nəzərinə çatdırmışdır. Layihəyə mütəxəssis hüquqşunas kimi cəlb edilən Ruslan Mustafazadə də seminarda çıxış etmişdir.

Təşkilat ilk öncə Şamaxı rayon İcra Hakimiyyətinə tədbirin təşkilində verilən dəstəyə öz minnətdarlığını bildirir. Dəmirçi kənd Bələdiyyəsinin sədri və digər üzvlərinin də seminara verdikləri dəstək nəticəsində olduqca maraqlı tədbirin təşkili münkün olmuşdur.
Qeyd edək ki, layihənin icrası davam edir və layihə çərçivəsində təşkil ediləcək tədbirlər barədə mütəmadi olaraq məlumatlar paylaşılacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir