Maduro müxalifətlə danışıqların başlandığını bəyan etdi

Venesuela prezidenti Nikolas Maduro müxalifətlə danışıqlar prosesinin başlamasını açıqlayıb.

Simurq.info xəbər verir ki, Venesuela prezidenti bunu dövlət televiziyasında elan edib.

Danışıqlar Barbados adasında Norvec hökumətinin vasitəçiliyi ilə həyata keçirilir.

“Bu gün, Norveç hökumətinin iştirakı ilə Barbados adasında Venesuela müxalifəti ilə dialoq prosesi başlayıb. Çox maraqlı bir başlanğıcdı. Mən danışıqlar prosesinin başlanğıcında nümayəndə heyətimizin başçısından bir mesaj aldım. Və bu mesaj məndə gələcəyə böyük ümidlər yaratdı” – deyə, Maduro bildirib.

Onun sözlərinə görə, danışıqlar 6 bənd üzrə qurulub: onlar ölkə həyatının müxtəlif sahələrini əhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir