sürücü piyadanı vurdu

Sabunçu rayonunda minik avtomobili 32 yaşlı kişini vurub.

Simurq.info xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili piyada, 1987-ci il təvəllüdlü Ağayev Bəhruz Balamirzə oğlunu vurub.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralıya hər iki baldır sümüyünün sınığı, kəllə-beyin travması, hər iki aşağı ətrafın sınığı diaqnozu qoyulub.

B.Ağayev təcili olaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir