” Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi layihənin icrasını davam etdirir

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Görmə, eşitmə və nitq məhdudiyyətli insanlar arasında Aprel şəhidlərinin təbliği” layihəsi çərçivəsində tanıtım video çarxın hazırlıq mərhələsinə başlanılıb.

Simurq.info bildirir
Ki,Layihə rəhbəri Rövşən Ağamalıyevin məlumatına görə, bununla bağlı SİA.TV ilə müqavilə bağlanılıb və video çarx üçün lazımı məlumatlarıntoplanmasına başlanılıb.
R.Ağamalıyev onu da bildirib ki, aprel şəhidləri ilə bağlı məlumatların toplanması üçün Müdafiə Nazirliyinə rəsmi müraciət edilib. Əldə olunan faktlar əsasında filmin çəkilişi realalşdırılacaq.

Onu da qeyd edək ki, təşkilat bundan öncə də Müstəqil Azərbaycanın 25 illiyi ilə bağlı sənədli filmin çəkilişini və bu filmin geniş ictimayyət arasında təbliğini həyata keçirib. Bundan əlavə təşkilat Milli Qəhrəman Ələkbər Əliyev barəsində də sənədli filmin çəkilişlərini həyata keçirib. 2017-ci ildə isə Aprel şəhidi Fəxrəddin Qurbanlı ilə bağlı qısametrajlı film hazırlanıb və filmin geniş təqdimatları keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir