Bakıya on minlərlə siqaret gətirmək cəhdi alınmadı

Bakıya külli miqdarda aksiz markası olmayan siqaret gətirilməsinin qarşısı alınıb.

Simurq.info bildirir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, əməliyyat nəticəsində “Mercedes Benz” markalı minik avtomobilində Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınan, Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaret aşkarlanıb.

Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şosesində saxlanılıb və baxış keçirilib.

Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 min ədəd “King” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir