Ələtdə kişi döyüldü

Qaradağ rayonunda 42 yaşlı kişi döyülərək ağır xəsarət alıb.

Simurq.info xəbər verir ki, hadisə Ələt qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Zülfüqarov Eston Xanpaşa oğlu naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb.

Ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir