Qarabağ müharibəsi əlilləri və veteranları üçün eko-tur keçirilib

“Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Qarabağ müharibəsi əlilləri və veteranlarının asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” layihəsini icra edir.

Layihənin rəhbəri Növrəstə Yusifova qhtxeber.az-a məlumat verərək bildirib ki, icarəyə götürülmüş sifarişli nəqliyyatla iştirakçıların I turu Lənkəran rayonunun “Xanbulan” İstirahət Mərkəzinə olub. Turda 12 nəfərdən ibarət qrup iştirak edib. Tur zamanı tibb işçisi tərəfindən iştirakçıların səhhətinin müayinə edilməsi təmin edilib. Turda təbiət qoynunda gəzintilər təşkil olunub.

Qeyd edək ki, layihə çərçivəsində keçirilən turun əsas məqsədi müharibə iştirakçıları və onların ailə üzvlərinin iqtisadi-sosial problemlərinin həlli istiqamətində asudə vaxtlarının səmərəli təşkilidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir