Ərdoğanın islam aləminin lideri olması

Türkiyə İran əleyhinə kampaniyaya daxil olmadığı üçün tənqid hədəfi olub.

Simurq.info xəbər verir ki, bu açıqlama ilə rusiyalı ekspert Viktor Nadein-Rayevski çıxış edib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ərəb ölkələrindəki populyarlığı uzun zamandır onları narahat edir. Türkiyə lideri Fələstin hərəkatına verdiyi dəstəklə sadə ərəb vətəndaşlarının hörmətini qazanıb. Keçmişdə Türkiyə qərbyönümlü siyasət aparırdı, amma Fələstinə qarşı bu siyasətini dəyişmişdi. Ərdoğan ən azından bu bölgədə islam dünyasının lideri olmaq istəyir. Bu mövqe Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər rəhbərlərini narahat edir”, – Rayevski söyləyib.

Qeyd edək ki, Ərəb Birliyinin Baş katibi Əhməd Əbu Qayt Türkiyə və İranı ərəb ölkələrinə təsirini genişləndirməyə yönəlik ekspansionist layihələr həyata keçirməkdə tənqid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir