Bakı-Qazax şossesində üç mikroavtobus toqquşub

Bakı-Qazax yolunda baş vermiş iki ayrı qəzada 3 mikroavtobus iştirak edib.

Simurq.info xəbər verir ki, əvvəlcə yolunun “Stansiya Goran” ərazisindən keçən hissəsində mikroavtobusla “VAZ-2106” markalı maşın toqquşub.

Az sonra həmin yerdə daha iki mikroavtobus toqquşub. Birinci qəzaya baxmaq üçün dayanan avtobusa arxadan digər avtobus çırpılıb.

İki qəza nəticəsində 3 nəfər xəsarət alıb. Bunlar 1999-cu il təvəllüdlü Tərtər rayon sakini Elgiz Şirinov, 1989-cu il təvəllüdlü Bakı şəhər sakini Alek Sərxanov və 1968-ci il təvəllüdlü Qazax rayon sakini Fariz Carçıyevdir.

Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir