“Qarabağ müharibəsi əlil-veteranların asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verib


“Qarabağ Əlilləri və Veteran” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Lənkaran, Masallı və Lerik rayonlarında “Qarabağ müharibəsi əlil-veteranların asudə vaxtlarının təşkili məqsədilə eko-turların keçirilməsi” layihəsi çərçivəsində tədbirlərin təşkilinə start verib.
Layihənin əsas məqsədi müharibə iştirakçıları olan əlil-veteranların sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili.
Layihənin icrasına əsasən müharibə iştirakçıları olan əlil-veteranlar və onların ailə üzvləri ilə layihə çərçivəsində görüşlər keçirməklə, hər bir tur üçün iki gün və 1 gecə 12 nəfər (4 nəfər işçi qrupu daxil) olmaqla müharibə iştirakçıları olan əlil-veteranlar, onların ailə üzvləri birlikdə Lənkəran, Masallı və Lerik rayonlarında onların asudə vaxtlarının təşkili istiqamətində tədbirlər keçiriləcəkdir. Görüş zamanı onların sosial problemlərin həlli istiqamətində, asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görüləcəkdir.


“Qarabağ Əlilləri və Veteranları”
İctimai Birliyinin Mətbuat xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir