Azərbaycan FIFA reytinqində gerilədi

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Simurq.imfo-nun məlumatına görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib.

Belə ki, millimiz 1188 xalla 110-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstana (1:3), iyunun 11-də isə Slovakiyaya (1:5) məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir