Mərdəkanda “Toyota” ağaca çırpıldı – dörd nəfər yaralandı

Xəzər rayonunda avtomobil ağaca çırpılıb, 4 nəfər yaralanıb.

Simurq.info xəbər verir ki, Mərdəkan qəsəbəsində Orxan adlı şəxsin idarə etdiyi “Toyota Prado” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı 1989-cu il təvəllüdlü Cabbarova Samirə Əlibala qızı, 1961-ci il təvəllüdlü Qasımova Zeynəb Məmməd qızı, 1966-cı il təvəllüdlü Babayeva Cəmilə Azər qızı və 1 yaş 3 aylıq Cabbarlı Zeynəb Orxan qızı xəsarət alıblar.
Yaralılar dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir