Gürcüstan ABŞ-a “daha yaxın” olmaq istəyir

Gürcüstan ABŞ-la birbaşa hava əlaqəsi quracaq.

Simurq.info xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Mamuka Baxtadze Vaşinqtona səfəri zamanı deyib.

“Hər gün Gürcüstana Asiya, Avropa və Yaxın Şərq ölkələrindən 100-dən artıq aviareys həyata keçirilir. Biz Gürcüstan və ABŞ arasında birbaşa hava əlaqəsinin qurulması üzərində də intensiv çalışırıq”, – deyə, M.Baxtadze bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir