Ərəb Əmirliklərində 190 nəfər sudan zəhərlənib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Acman şəhərində təxminən 200-ə qədər sakin içməli sudan zəhərlənmə əlamətləri ilə müalicə müəssisələrinə müraciət edib.

Simurq.info xəbər verir ki, bu barədə şəhər polisi Twitter səhifəsində yazıb.

İki istirahət günü ərzində Horizon Towers yaşayış kompleksinin 190 nəfər sakini Acman əmirliyinin xəstəxanalarına müraciət edib. Onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Hazırda əmirliyin kommunal xidmətləri boru və rezervuarların yoxlamasını həyata keçirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir