Zlatan İbrahimoviç növbəti dəfə möhtəşəm qola imza atıb

İsveçli futbolçu Zlatan İbrahimoviç növbəti dəfə möhtəşəm qola imza atıb.

Simurq.info xəbər verir ki, o, ABŞ-ın “Los Angeles Galaxy” klubu ilə “New England Revolution” komandasının oyununda, 84-cü dəqiqədə qayçıvari zərbə ilə qol vurub.

Bununla belə, onun qolu komandası üçün təsəllidən başqa bir şey olmayıb. Belə ki, 37 yaşlı İbrahimoviçin komandası öz meydanında 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, Zlatan İbrahimoviç karyerası ərzində ən çox belə qol vuran futbolçu kimi tanınır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir