Yaponiyada faciə

Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla avtobus gözləyən məktəbli qızlara hücum edib.

Simurq.info xəbər verir ki, birinci sinif şagirdi olan bir qız aldığı yaralardan dünyasını dəyişib.

Hücum nəticəsində azı 16 nəfər xəsarət alıb, onlardan 13-ü “Caritas” məktəbinin 6-7 yaşlı şagirdləridir.

Yaralı qşzlardan beşınin vəziyyəti ağırdır, bir orta yaşlı kişi kliniki ölüm vəziyyətindədir.

Hücum edən şəxs yerli hüquq-mühafizə orqanları tərəfindən yaralı, huşsuz vəziyyətdə saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir