“Galenvaqen” Varovskidə qəza törədib

Gecə saatlarında Bakının Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.info xəbər verir ki. rayonun “Varovski” dairəsi adlanan ərazidə hərəkətdə olan “Mercedes Galenvagen” markalı minik avtomobili dairəvi yola daxil olarkən yol nişanının tələbini pozub. Nəticədə, avtomobil qarşıdan gələn “90-KP-804” dövlət nömrə nişanlı “KİA” markalı minik maşınına çırpılıb.

Qəzada xəsarət alan olmasa da, avtomobilllərə maddi ziyan dəyib.

Əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir