Türkiyədən xərçəng xəstəliyi ilə bağlı tarixi addım

Türkiyənin Səhiyyə Nazirliyi Kuba ilə ortaq işçi qrup yaradır.

Simurq.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi informasiya yayıb.

“Beynəlxalq əməkdaşlığımızı artırırıq. Kuba ilə peyvənd, xərçəng vaksini və dərmanları ilə bağlı ortaq işçi qrup yaradılmasına qərar verilib. Kuba nümayəndə heyəti bu həftə ölkəmizə səfər edəcək”, – Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2012-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kubanın səhiyyə sisteminin dünyada ən yaxşı olduğunu rəsmən tanıyıb. Kuba biotexnologiyalar, xərçəng əleyhinə vaksinlərin hazırlanmasında da son dərəcə irəli gedib. Ölkə dünyanın təxminən 40 ölkəsinə tibb məhsulları satır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir