Azərbaycanda küləyin sürəti saniyədə 28 metrə çatdı

Mayın 26-sı gündüzdən mayın 27-i səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Simurq.info bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 26-sı gündüzdən 27-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb.

Böyük Qafqazın bəzi yerlərində yağış leysan xarakterli olub, ayrı-ayrı yerlərə dolu düşüb, güclü qərb küləyi əsib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir