“Bu şəhərdə” “Şabaş”a başladı

“Bu şəhərdə” komandası yeni kinokomediyanın çəkilişlərinə başlayıb.

Simurq.info xəbər verir ki, artıq 3 gündür çəkilişlərinə start verilən tammetrajlı kinokomediyanın adı “Şabaş”dır.

Filmin baş rollarını əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov canlandırır.

Kinokomediyanın ssenari müəllifi Müşfiq Abbasovun saytımıza verdiyi məlumata görə, bu ssenari 10 il əvvəl qələmə alınıb:

“Lakin vaxt çatışmazlığı səbəbindən bu layihəni həyata keçirə bilmirdik. Filmin çəkilişləri yay fəsli ərzində davam edəcək. Çəkilişlər əsasən Bakı və Bakıətrafı ərazilərdə, şadlıq evlərində, əyləncə mərkəzlərində, restoranlarda aparılacaq. Filmdə başqa aktyorlar, musiqiçilər də rol alacaq”.

Müşfiq Abbasov bildirib ki, kinokomediyanın premyerası noyabr ayına planlaşdırılır.

Qeyd edək ki, filmin ssenari müəllifi və baş prodüseri Müşfiq Abbasov, quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir