Moskva Univermağının yanında 22 yaşlı gənc bıçaqlanıb

Bakının Nəsimi rayonu bıçaqlanma hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, Moskva Univermağının yaxınlığında 2 nəfər arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Daha sonra 1997-ci il təvəllüdlü Həmidli Azad Alim oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qarın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir