Müsəlman qadını İngiltərədə Buker mükafatına layiq görülüb

Omandan olan yazıçı Coxa Alxartxi Beynəlxalq Buker mükafatına (Man Booker International Prize) layiq görülüb.

Yazıçı “Göy cisimləri” (Celestial Bodies) romanına görə 50 min funt sterlinq dəyərində mükafat alıb.

Coxa Alxartxi – Fars körfəzi ölkələrindən olan ilk Buker mükafatçısıdır.

Simurq.info bildirir ki, Buker mükafatı dünyanın ən məşhur ədəbiyyat müsabiqələrindən biridir. Öncə mükafatı yalnız ingilisdilli yazıçılar ala bilərdilərsə, 2016-cı ildən etibarən əsəri ingilis dilinə tərcümə olunan istənilən yazıçı bu şərəfə layiq görülə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir