Xanım sürücü qəzada xəsarət alıb

Bakının Nəsimi rayonunda gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, Həsən Əliyev küçəsində qeydə alınan qəza zamanı 1 nəfər yalanıb. “90 CB 272” dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin xanım sürücüsü yol nişanının tələbini pozub.

Bu zaman avtomobil qarşı yolda hərəkətdə olan “99 MG 533” dövlət qeydiyyatlı “Volkswagen” markalı minik maşınına çırpılıb. Zərbənin təsirindən “Volkswagen” yol kənarındakı səkiyə dəyib.

Qəza zamanı “Hundai”-ın xanım sürücüsü xəsarət alıb. Onun şəxsiyyəti hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir