Putin İranı necə müdafiə etdi

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Dövlət katibi Mayk Pompeo İranla nüvə razılaşmasını qısa şəkildə müzakirə edib.

Simurq.info xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib.

“Biz Amerika administrasiyasının mövqeyi ilə bağlı tənqidi fikrimizi konkret ifadə etdik. Prezident və dövlət katibi İran ətrafındakı vəziyyətin perspektivini kifayət qədər geniş müzakirə etdi. Mən deyərdim ki, olduqca maraqlı diskussiya oldu”, – deyə Uşakov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir