Sürücü vurduğu piyadanı xəstəxanaya yerləşdirdi

Yasamal rayonunda 1 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, qəza rayonun Abdulla Şaiq küçəsində qeydə alınıb.

Abbas Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobil hərəkətdə olan zaman qəfil idarəetməni itirib və qarşısına çıxan piyadanı vurub.

Sürücü ağır xəsarət alan 1983-cü il təvəllüdlü Quliyev Alim Rasim oğlunu özəl xəstəxanaların birinə aparıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir