Panamada 6,3 bal gücündə zəlzələ olub, yaralılar var

Panama sahillərində Rixter şkalası ilə 6,3 bal gücündə baş verən zəlzələ nəticəsində 5 nəfər xəsarət alıb.

Simurq.info bildirir ki, Bu haqda RİA Novosti Panamanın mülkü müdafiə qüvvələrinə istinadən xəbər verir.

Zəlzələdə xəsarət alanlar arasında 2 azyaşlı uşaq da var. Təbii fəlakət nəticəsində 4 ev sökülüb.

Zəlzələnin episentri David şəhərindən 49,2 km cənub-şərqdə 19 km dərinlikdə qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir