Britaniya Putinə ümid edir: Kim Çenə desin ki

Böyük Britaniya Kim Çen İnlə Vladimir Putinin görüşünə və Rusiyanın Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı mövqeyinə müsbət yanaşır.

Simurq.info xəbər verir ki, bu sözləri Britaniyanın xarici işlər nazirinin müavini Tariq Əhməd deyib.

“Bu görüş ona görə yaxşıdır ki, Putin burada Koreya yarımadasının tamamən nüvəsizləşdirilməsini istədiyini vurğuladı. Ümid edirik ki, o, (Putin) Kim Çeni nüvə danışıqları ilə bağlı ABŞ-a hörmətlə yanaşmağa çağıracaq. Şimali Koreyanın nüvəsizləşdirilməsi bizim ümumi maraqlarımız çərçivəsindədir”, – deyə Əhməd bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir