Qonşuda beynəlxalq əhəmiyyətli avtomobil yolu bağlandı

Gürcüstanda beynəlxalq əhəmiyyətli Laqodexi-Bakurtsixe-Tiflis avtomobil yolu bağlanıb.

Simurq.info xəbər verir ki, buna ölkə ərazisində yağan güclü leysan yağışları nəticəsində Alazani çayının daşaraq məcrasından çıxması səbəb olub.

Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamentinin yaydığı məlumata görə, Alazani çayı məcrasından çıxıb və yolun bir hissəsi tamamilə su altında qalıb.

Departamentdən bildiriblər ki, avtomobillərin hərəkəti Qurcaani-Çabukiani-Apeni yolu ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu yol Azərbaycandan Gürcüstana istiqamətində ikinci əsas avtomobil magistralıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir