“Rusiyadan o boyda ərazisini ala bilmir, Azərbaycanla bir məbədin davasını edir

“İldırımsürətli hücumla Qarabağı azad etsək, heç kəs bizə bir qarış da torpaq iddiasında bulunmağa cəsarət etməz…”

Gürcüstanın Keşikçidağ məbədi ilə bağlı Azərbaycana qarşı iddiaları növbəti dəfə qızışanda ilk ağlıma gələn bu oldu: “Rusiyadan faktiki bu dövlətin işğalı altında olan o boyda Abxaziya, Cənubi Osetiya ərazilərini(birlikdə təxm. 12 min kv.km) geri ala bilmir, bizimlə bir məbədin davasını edir(Lətifəsi bizdən uzaq, bir məsəldə deyildiyi kimi, eşşəyə gücü çatmır, palanı döyəcləyir)…

Analoji fikir gürcülərin də ağlına gələ bilər: “Azərbaycan ermənilərdən o boyda Qarabağı(təxm. 17 min kv. km) azad edə bilmir, Gürcüstanla bir monastrın davasını edir…”

Ancaq biz ildırımsürətli bir hücumla Ermənistanın Rusiya, ABŞ, Fransanın himayəsi altında 30 ilə yaxındır ki, işğalda saxladığı Qarabağı azad etsək, söhbət birdəfəlik kəsilər; nə Gürcüstan, nə də digəri bizə bir qarış da torpaq iddiasında bulunmağa cəsarət etməz…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir