Prezidentin yeni inkişaf strategiyası

Prezident İlham Əliyev ölkəmizdə bundan sonra həyata keçirilməsi nəzərdə tutulan yeni iqtisadi siyasətin əsaslarından danışaraq, qeyd etdi ki, bu günə kimi əldə edilən nailiyyətlər bundan sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyasını hazırlamağa imkan yaradır.

Simurq.info bildirir ki, Bu sözləri Axar.az-a Prezident İlham ƏIiyevin Nazirlər Kabinetinin iclasında yeni modelə keçidlə bağlı fikirlərini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, bu mərhələyə çatmaq üçün bu günə qədər keçirilən islahatların mühüm rolu olub:

“Biz bilirik ki, 2015-ci ildən başlayaraq, Azərbaycanda iqtisadiyyat, bank, maliyyə, idarəetmə sistemində paralel olaraq islahatlar həyata keçirilir. Ölkəmiz operativ və səmərəli islahatlar sayəsində bundan sonrakı mərhələdə də yeni iqtisadi inkişaf strategiyası müəyyənləşdirmək üçün ciddi iqtisadi, sosial, hüquqi əsaslar müəyyən etməyi bacarıb. Yeni iqtisadi strategiyanın konturları və məzmunu barədə danışmaq üçün yenə Prezident İlham Əliyevin nitqində səsləndirilən fikrə diqqət etmək lazımdır. O bildirdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bundan sonrakı mərhələdə məhz bu fikə istinad edərək, deyə bilərik ki, yeni iqtisadi strategiyanın həyata keçirilməsində əsas məqsəd Azərbaycan vətəndaşının rifahı və onun təminatlı sosial həyatıdır. Azərbaycanın ümumi inkişafı bu strategiyanın mərkəzində dayanacaq. Hazırda biz bilirik ki, qlobal miqyasda çoxsaylı münaqişələr və müharibələr var. Onlardan biri də “səssiz müharibə” adlandırılan müharibədir ki, bu da ərzaq və dərman məhsullarıyla həyata keçirilən müharibə növüdür. Ölkəmizdə kənd təsərrüfatı sektoruna xüsusi diqqətin göstərilməsi və bununla bağlı yeni strategiyanın müəyyənləşməsi sağlam qida məhsulları üçün düşünülmüş siyasətdir. Bu, təkcə kənd təsərrüfatının inkişafına deyil, eyni zamanda, Azərbaycanda yeni yetişən nəsilin sağlamlığının qorunmasına xidmət edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir