Etiraz aksiyasında güllə qadın müxbirə dəydi

Jurnalistin ölümünə görə iki yeniyetmə saxlanılıb.

Şimali İrlandiyanın polis departamentindən verilən məlumata görə 18 və 19 yaşlı iki yeniyetmə 29 yaşlı jurnalistin ölümünə görə tutulub.

Lyra McKee adlı müxbir cümə axşamı günü etiraz aksiyasının keçirildiyi yerdən reportaj hazırlayarkən etirazçılardan birinin silahından çıxan gülləyə tuş gəlib.

O, hadisə yerindəcə keçinib. Jurnalist ölümündən bir neçə dəqiqə əvvəl aksiyadan foto paylaşaraq: “Derri şəhərində bu dəqiqə tamamilə anormal vəziyyət var”, – sözlərini yazıb.

Onun öldüyü anlar təhlükəsizlik kameralarına düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir