Brüssel-Bakı sazişi

Avropa Birliyi ilə Azərbaycan arasında bağlanacaq saziş hər iki tərəfin maraqlarına uyğundur.

Bu sözləri simurq.info Axar.az-a istinadən açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O, AB-Azərbaycan arasında imzalanması gözlənilən strateji tərəfdaşlıq sazişinə qara yaxmağa çalışan qüvvələrin yalnız bir məqsəd güddüyünü bildirib:

“AB heç vaxt demokratiyanın gözlənilmədiyi, sahibkarlığa dəstək olmayan ölkələrlə saziş bağlamır. Bu gün Azərbaycanda aparılan islahatlar, həm iqtisadiyyatda, həm ictimai-siyasi həyatda olan nəticələr AB-ni təmin edir. Burada hər iki tərəfin maraqları nəzərə alınır. Azərbaycan tərəfi üçün bu, Avropa ilə sıx əlaqələr, viza rejiminin sərbəstləşməsi, qarşılıqlı iqtisadi əlaqələrdirsə, Avropa üçün Azərbaycana investisiya qoymaq, infrastrukturundan istifadə etmək imkanıdır. Yəni burada hər iki tərəf qazanır. Müxalifətin bu məsələyə etiraz etməsinin yalnız bir səbəbi var. Onlar bu sazişin bağlanmasını istəmir. Onlar Azərbaycanın izolyasiya olunmasında, ölkəmizdə iqtisadi vəziyyətin pisləşməsində, Azərbaycanla dünyanın əlaqələrinin mürəkkəbləşməsində maraqlıdırlar. Yəni onlar hesab edirlər ki, vəziyyət nə qədər pis olarsa, hakimiyyətə gəlmək perspektivi açılar. Onlar hakimiyyətə gəlmək üçün öz vətəndaşlarının vəziyyətlərinin pisləşməsini arzulayırlar. Hakimiyyətə gəlmək üçün Azərbaycanın dünya tərəfindən blokadaya alınmasında və sanksiyalar tətbiq edilməsində maraqlıdırlar. Çox maraqlı bir eyniləşmə var. Bu gün Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan-AB arasında sazişin bağlanmaması üçün maksimum cəhd göstərir. Azərbaycanla bağlı AB-nın rəsmi orqanlarına yalan informasiya ötürülür, bu sazişin AB-yə zərbə vuracağını bəyan edirlər və s”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan-AB arasında sazişin imzalanma mərhələsində Ermənistan XİN-in və Azərbaycan müxalifətinin mövqeyinin üst-üstə düşməsi təsadüfi deyil:

“Bu gün Ermənistanla Azərbaycan müxalifətinin saziş barəsində mövqeyi eyni axarda gedir. Belə bir təsəvvür yaranır ki, bunlar tapşırığı eyni yerdən alırlar. İndiki dövrdə Azərbaycanın uğur qazanması, qüdrətlənməsi, insanlarımızın yaxşı yaşaması Azərbaycan müxalifətinin maraqlarında deyil. Bunun nəticəsidir ki, Azərbaycan vətəndaşı müxalifətin arxasınca getmir, onun irəli sürdüyü şüarları dəstəkləmir. Hesab edirəm ki, belə taleyüklü məsələlərdə hər bir kəsin əsl siması ortaya çıxır. Aydın olur ki, onlar üçün əsas məsələ Azərbaycanda vəziyyətin pisləşməsi, dövlətimizin dünya birliyindən kənarda qalmasıdır. Bu isə heç vaxt baş verməyəcək. Aparılan siyasət Azərbaycanı daha güclü və qüdrətli edəcək, dünya dövlətlərinin Azərbaycana marağını daha da artıracaq

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir