Pakistana 8 milyard ayrılır

Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar.

Simurq.info Axar.az-a istinadən Trend-ə verdiyi məlumata görə, bu barədə Pakistanın maliyyə naziri Əsəd Umar ölkənin Milli Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Ə.Umar deyib: “Pakistan BVF ilə 6-8 milyard dollar məbləğində maliyyə yardımı üzrə razılaşma imzalayacaqlar. Pakistanın nümayəndə heyətinin ABŞ-a səfəri zamanı BVF iki tərəfin nümayəndə heyətləri arasında danışıqlar zamanı Pakistan üçün yardım paketinin razılaşdırılmasını başa vurub. Razılaşma imzalanandan sonra Pakistan Dünya Bankı və Asiya İnkişaf Bankından vəsaiti alacaq”.

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir