“Azəri” kəlməsi

“Azəri” kəlməsi Türkiyədə cəhalətdən dolayı istifadə edilir.

Simurq.info xəbər verir ki, bu sözləri türkiyəli tarixçi, professor İlbər Ortaylı Heydər Əliyev Mərkəzində təşkil edilən “Qafqaz tarixi” adlı konfransda çıxışı zamanı deyib.

Tarixçi bildirib ki, Qafqazda məskunlaşan xalq türkdür və sözügedən kəlmə sonradan ortaya atılıb:

“Heydər Əliyev əlaqələrimizi olduqca dəqiq müəyyən etmişdi: Bir millət, iki dövlət… Biz bir mədəniyyətin parçasıyıq. Bu mədəniyyətin çox rəngləri var. Zəngin tarixi keçmişə sahibik. Türklər dövlətsiz yaşaya bilməz. Dövləti əl üstündə saxlamalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir