“Quran”da adı keçən nadir quş Lənkəranda tapıldı

Lənkəranda Əbabil quşu tapılıb.

Simurq.info Oxu.Az-a istinadən bölgə müxbirinin verdiyi məlumat görə, çox nadir hallarda rast gəlinən əbabil quşları Lənkəranda yaşayan Rzayevlər ailəsinin evinə daxil olublar.

Ev sahibi Elmira Rzayeva deyir ki, bu quşlar əvvəllər də tək halda onların evinə gəliblər. Amma sonuncu dəfə üç əbabil quşu evin daxilindəki pilləkənlərdə oturaq halda gözə dəyiblər.

Quşların uçmadığını görən ev sahibi onları qutuda saxlamaq qərarına gəlib. Lakin quşlar evə gəldikləri günün səhəri otaqlarda qanad açıb uçmağa başlayıblar.

Özünəməxsus xüsusiyyətlərə malik olan Əbabil nadir quşlardan biridir. Bu quşlar haqqında “Quran-i-Kərim”in “Fil” surəsində də geniş məlumat verilib.

Əbabil quşları ömürlərinin çox hissəsini səmada uçmaqla keçirirlər. Yerə təkcə qidalanmaq üçün qonurlar.

Qeyd edək ki, miqrasiya zamanı çox sayda itkiyə məruz qaldıqları üçün bu quşların sayı kifayət qədər azalıb və hazırda Əbabil nadir quş növlərindən biri hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir