Rus general İrəvana gəldi

MDB-nin Antiterror Mərkəzinin rəhbərinin müavini general-mayor Sergey Dudko İrəvana gəlib.

Simurq.info xəbər verir ki, Dudko İrəvanda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla görüşüb.

Dudko MDB-nin sentyabrda Ermənistanda keçirəcəyi “Ararat-Antiterror-2019” təliminə hazırlığı müzakirə edib.

Qeyd edək ki, təlimə Rusiyanın Ermənistandakı 102-ci bazasının da cəlb ediləcəyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir