RÖVŞƏN ALMURADLINİN XATİRƏSİNƏ

(Resenziya-elegiya)

Bakıda dünyaya gəldin baharda,
Boranla üzləşdin gənclik çağından.
Sənətə üz tutdun, çovğunda, qarda,
Zirvəyə boylandın qəm oylağından.

Arzular ümidlər döndü yarına,
Külli varlığını inam bəzədi.
Sığındın tükənməz arzularına,
Səhnə işıqları səni səslədi.

Əlin şərafətli, xeyirli əldi,
Ömür qismətinsə adidən adi.
Səhnədə cəhdinlə dünyaya gəldi,
Özdəmir, Kral Lir, Məhəmməd Hadi.

Oyunbaba kimi işə başladın,
Bir gün “Bir saatlıq xəlifəlik”-dən.
Sonra “Vəzifə” -ylə çəkildi adın,
Əlinlə çox şeylər keçdi ələkdən.

Canlandı “Bayramın birinci günü”,
Bəlalı oyunda onda da təkdin.
Sənətdə əritdin ömür yükünü,
“Dəyirman”-nın ağır daşını çəkdin.

Kəpəzdə umaraq tanrıdan kərəm,
“Qətl günü”-nü də salıram yada.
“Zirzəmi” adını çəkmək istərəm,
Uğur diləmişdim sənə dünyada.

Yoluna nur saçdı günəşli yarın,
Qarşında qaranlıq qayanı dəldi.
“Ölüləri qəbristanda basdırın”,
İsti nəfəsinlə dünyaya gəldi.

Yaxında “Oğru” tək yetişdi barın,
O sarəng oyuna işıq saçmadım.
Bır deyil, on deyil yaratdıqların,
Hələ çox şeylərdən söhbət açmadın.

Beləcə ram oldu ən çətin anlar,
Bilrdin sənə də həyan tapılar.
Beləcə əridi qara dumanlıq,
Beləcə açıldı bağlı qapılar.

Sənə bel bağladı yaxının, yadın,
Günbəgün, aybaay dərdin azaldı.
Sənət aləmində çəkildi adın,
Efirdə min dəfə adın yazıldı.

Kinoda piyalən boşaldı, doldu,
“Hücum”-la üz tutdun aydın yarına.
Sonrakı qismətin ağır “Yük” oldu,
Boylandın sabahın uğurlarına.

Sənət aləmində vardın dərinə,
Sənə cəlb etmədi dəyərsiz ad-san.
Boylandın tarıxın vərəqlərinə,
Əzminlə canlandı cəsur “Cavad xan”.

Küllü arzuların murada çatır,
Sabaha boylanan amalın sənin.
Onuncu qatdakı otağındadır,
Zivərin, Xavərin, Kamalın sənin.

Əsla ram etmədi səni kədər,
qəm,
Səhnədə axıtdın alın tərini,
Mən də nəzmə çəkdim əlimdə qələm,
Ləkəsiz yaşanan əməllərini.

Tanrı nur salmışdı sənin yoluna,
Zirvəyə çatmamış qara yel əsdi.
Nakəslər arabir girib qoluna.
Getdiyin işıqlı yolunu kəsdi.

Həmin o nakəslər qara yel kimi,
Qanadlanıb gəldi sənin yasına.
Bu xəbər qəfildən axan sel
kimi,

Bir səhər dağ çəkdi söz dünyasına.
Özün də bilmədin evdən çıxanda,
Qoynuna səsləyir haralar səni.
Nədən düşünmədin həmin o anda.

Evində gözləyir Sara-lar səni.
Hələ yaşadığın ömür bağında,
Əkdiyin ağaclar boy verməmişdi.
Sonsuz arzuların ürkək çağında,
Zərif fidanların göyərməmişdi.

Yaşanmış illərə əlvida dedin,
Tanrı dərgahına üz tutanda sən.
Səni sevənlərə sovqat eylədin,
Kədər, ələm dolu xatirələrdən.

Ölüm sevinməsin, etməsin qürur,
Kədərdən, ələmdən qalmasın iz də.
Nə qədər səbrli xalqımız durur,
Xatirən yaşayar ürəyimizdə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir