yol qısa müddətdə niyə təmirə bağlanır?

Paytaxt yollarında mütəmadi təmir işlərinin aparılması əhalini narahat edən məsələlərdəndir. Belə təmir işləri yolların tez-tez bağlanmasına və tıxacların yaranmasına səbəb olur. Həmçinin sual yaranır, əsaslı təmirdən sonra yenidən istifadəyə verilən yol niyə 2-3 ildən bir təmirə bağlanır ki!

Simurq.info xəbər verir ki, Suallarımızı cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Azəryolelmitədqiqatlayihə İnstitutu MMC-nin direktoru Azər Nemətli Axar.az-a bildirib ki, bu, təbii prosesdir və burada heç bir nöqsan yoxdur.

A.Nemətlinin sözlərinə görə, yollarda avtonəqliyyat vasitələrinin hərəkətindən və digər təbii amillərin təsirindən müəyyən qüsurlar əmələ gəlir ki, bu da təmirə zəmin yaradır:

“Əvvəlcə onu deyim ki, yollarda aparılan təmir işləri cari, orta və əsaslı olaraq 3 yerə bölünür. Cari dediyimiz təmir işləri yaz və payız mövsümündə aparılır. Yazda cari işlər qışdan çıxmış yolda yaranan çatların, dağıntıların aradan qaldırılması, payızda isə yolun qışa hazırlanması məqsədilə aparılır. Cari təmir işləri də həm xəbərdarlıqedici olur, həm də planlı. Xəbərdarlıqedici təmirlər ilin bütün fəsillərində ola bilər. Bu zaman yolda yaranan çatlar, xırda problemlər aradan qaldırılır.

Normativ sənədlərə əsasən texniki dərəcəsindən asılı olaraq, hərəkət şiddəti 7000-dən artıq olan yollarda 14-16 ildən bir əsaslı təmir işləri aparılmalıdır. Carı və orta təmir isə 6-7 il müddətinə aparılmalıdır. 2-ci, 3-cü dərəcəli avtomobil yollarında əsaslə təmir işləri 11-13 ildən bir aparılır. Orta təmir isə 4-5 il müddətində aparılmalıdır”.

A.Nemətli bildirib ki, yollarda 4-5 ildən bir orta təmir işləri aparılmasa, 14-16 ildən sonra aparılması nəzərdə tutulan əsaslı təmir işləri daha baha başa gələr:

“Araşdırmalar göstərir ki, avtomobil yolunda hərəkət şiddətindən asılı olaraq vurulan üst qat 4-5 ilə aşınmaya məruz qalır. Bu da o deməkdir ki, yol 4-5 ildən bir mütləq şəkildə təmir edilməli, üst qat əvəz olunmalıdır.

Əgər o üst qat əvəz olunmasa, ondan sonrakı qat aşınacaq, daha sonra digər qatlar aşındıqca yol yatağının özü dağılmağa başlayacaq.

Mütəmadi orta təmir işləri aparılmasa, yol xərcləri 2-3 dəfə artacaq. Orta təmir işləri aparılmadığı təqdirdə yol əsaslı təmirə bağlananda proses uzun çəkir, zaman çox alır və xərclər çox çıxır.

Məhz cari təmir də bunun qarşısını almaq üçün nəzərdə tutulur. Yolu qorumaq, daha da pis vəziyyətə düşməməsi üçün cari təmir edilir. Cari və orta təmir işləri bir-birinə bağlı olan işlərdir. Cari və orta təmir işləri zəruri və məcburidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir