Əsgərlər unudulanda ölürlər

Aprelin 2-də  Mədəni İnkişaf Mərkəzi” İctimai birliyinin təşkilatçılığı ilə Quba rayon mədəniyyət mərkəzində

saat  11 : 00-da

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Əsgərlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunacaq.
Simurq.info xəbər verir ki, bu barədə Xeberle.com-a ictimai birliyin sədri Gəray Əlibəyov məlumat verib. O, bildirib ki,  ekran əsərində 1920-ci ildə Azərbaycana soxulan 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir.
Qeyd edək ki, filmin çəkilişləri Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə və Rusiyada aparılıb. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzində hazırlanan filmin ssenari müəllifi Arif Əliyev, quruluşçu rejissoru Rövşən Almuradlı, baş operatoru Rafiq Əliyev, bəstəkarı Vaqif Gərayzadə, icraçı direktoru Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.
Film üçün bəstələnən mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunub.  Tədbirə giriş sərbəstir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir