ABŞ-ın təhdidinə Türkiyədən cavab

Türkiyə bir çox ölkə kimi, Venesuelada seçki ilə iqtidara gələn Maduro hökumətini qanuni hakimiyyət kimi tanıyır.

Simurq.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.

“Türkiyə Venesuela ilə ticarətini beynəlxalq qaydalara uyğun və şəffaf şəkildə aparır. Türkiyə tərəfdaşı kimi gördüyü bütün Latın Amerikası ölkələri ilə əlaqələrini qarşılıqlı hörmət, dostluq və maraq əsasında davam etdirəcək”, – Aksoy vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams Maduroya dəstək verən ölkələri sanksiyalarla təhdid edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir