İsmayıl Şıxlı

22 mart 2019 .Bakı şəhəri

Elə bil ki, bahar   öz gəlişi ilə bütün füsunkarlığını göstərirdi. Sənət dostlarımla Birinci fəxri xiyabanda gəzişərək Azərbaycanın milli-mənəvi dəyərlərini özündə əks etdirən insanların bir hissəsinin abidələrini ziyarət edirdik. Hər biri qarşısında bir anlıq dayanır,özümüzdən asılı olmayaraq xəyala dalır,sakitcə hislərə qapılırdıq. Sanki bura dünyanın ən əzəmətli simfoniyası idi . Bu simfoniyanı sona tək dinləmək üçün  təkrar-təkrar bura gəlməyi özümə söz verdim.

Xalqımız üçün ən müqəddəs olan bahar bayramı,yazın birinci günü,torpağın, təbiətintin oyandığı məhz bu gündə Azərbaycanın çox tanınmış simalarından biri olan İsmayıl Şıxlı dünyaya gəlmiş idi.Bəlkədə allahın bu xalq üçün bir bayram payı idi.Düz 100 il bündan öncə doğuldu, Yazdı ,yaratdı,dedi və xalqa miras qoyub  getdi…

Doğum gününü qeyd eləmək üçün sövdələşdiyimiz vaxt yavaş-yavaş daralırdı.

İlk öncə giriş qapısında əlində bir dəstə gül,  Yazıçılar İttifaqının indiki   sədri xalq yazıçısı Anar Rzayev cənablarını  gördük. Asta addımlarla xiyabana daxil oldu.Hamı ilə ahəstəcə,ədəblə salamlaşaraq  İsmayıl bəyin qranit abidəsi olan tərəfə addımladı.Bir anlıq mən bu anım gününün necə möhtəşəm keçəcəyini  düşündüm. Gözüm fəxri xiyabanın girişində yazarları gəzirdi. Geriyə baxdım Anar müəllim əlindəki gül dəstəsini Rəsul Rzanın postamenti önünə qoyaraq gəldiyi kimidə ahəstəcə oranı tərk etdi. .. Mən yerimdə donub qalmışdım….

 

Опубликовано Таиром Таировичем Суббота, 23 марта 2019 г.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir