NATO-nu seçməyəcəyik – Serbiya

Serbiya Avropanın NATO-ya üzv olmayan sonuncu ölkəsi olaraq qalsa belə NATO-ya üzv olmayacaq.

Simruq.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Serbiya Müdafiə naziri Aleksandr Vulin deyib.

“Serbiya hərbi-neytral ölkə olmaq yolunu seçib. Biz Avropada bu alyansa üzv olmayan son ölkə olaraq qalsaq belə NATO üzvü olmayacağıq. Aleksandr Vuçiç prezident olmağa davam etdikcə Serbiya NATO yolunu tutmayacaq. Bu seçimi biz ona görə etmişik ki, bizi bombardman ediblər. Bu seçimi həm də ilk növbədə başqalarının bizə etdiklərini biz yadların tapşırığı ilə başqa xaqlara qarşı heç vaxt gerçəkləşdirməmək üçün edəcəyik” – deyə o bildirib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir